...

Ananın məhkum oğluna çatmayan telefon sovqatı

Hadisə Materials 1 Noyabr 2014 14:30 (UTC +04:00)
3 saylı İstintaq təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb.
Ananın məhkum oğluna çatmayan telefon sovqatı

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

3 saylı İstintaq təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Əlisəfa Arif oğlu Qasımovun yanına qısamüddətli görüşə gəlmiş anası - Bakı şəhəri, 3-cü Əhmədli döngəsi, ev 3 ünvanında qeydiyyatda olan vətəndaş Mehriban Vasif qızı Qasımovanın üzərinə və gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı əl çantasının içərisində gizlədilmiş 1 ədəd "Samsung Duos" markalı və əynindəki şalvarın cibindən 1 ədəd "Samsung Galaxy" markalı mobil telefon aparatı, 3 ədəd "Cin" və 1 ədəd "Sim" danışıq kartı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Ə.Qasımov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 69.3-cü maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər axtarış-baxış tədbirləri nəticəsində Şəki Penitensiar müəssisəsinin İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən həbs edilmiş şəxs Məhəmməd Ramazanhacı oğlu Saxrayevin yanına qısamüddətli görüşə gəlmiş qohumu - Bakı şəhəri, Biləcəri qəsəbəsi, Maqomayev küçəsi, ev 5 ünvanında yaşayan vətəndaş Oruc Rövşən oğlu Umudovun üzərinə və əşyalarına baxış keçirilən zaman əynindəki gödəkçənin cibindən bir ədəd "Samsung" markalı mobil telefon aparatı və 1 ədəd "Sim" danışıq kartı aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti