...

İD yaraqlıları İraqda qəbilənin təxminən 100 üzvünü öldürüb

Hadisə Materials 2 Noyabr 2014 17:05 (UTC +04:00)
"İslam dövləti" radikal qruplaşmasının yaraqlıları bazar günü İraqın qərbində Anbar əyalətində Albu-Nimr qəbiləsinin təxminən 100 üzvünü öldürülüb.
İD yaraqlıları İraqda qəbilənin təxminən 100 üzvünü öldürüb

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

"İslam dövləti" radikal qruplaşmasının yaraqlıları bazar günü İraqın qərbində Anbar əyalətində Albu-Nimr qəbiləsinin təxminən 100 üzvünü öldürülüb. Trend İnterfaks agentliyinə istinadən bu barədə EFE agentliyi xəbər verir.

Qəbilə nümayəndəsi Naim əl-Kaudun sözlərinə görə, ölənlər arasında qadınlar və uşaqlar var. Naim əl-Kaud vurğulayıb ki, qəbilə üzvlərinin əksəriyyəti güllələnib, bəzilərinin başları kəsilib.

Qəbilə nümayəndəsi bildirib ki, Ras-əl-Maa kəndində yaraqlılar təxminən 70 nəfər öldürüblər, o cümlədən silahlı döyüşçüləri və yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarını. Daha 30 nəfər iki həftə bundan öncə yaraqlılar tərəfindən ələ keçirilən Xit şəhərində öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti