...

Bakı bulvarında gəncin intihar cəhdinin səbəbi məlum olub

Hadisə Materials 12 Noyabr 2014 10:14 (UTC +04:00)
Bakıda 29 yaşlı gəncin Dənizkənarı Milli Parkda intihara cəhdinin qarşısı alınıb.
Bakı bulvarında gəncin intihar cəhdinin səbəbi məlum olub

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda 29 yaşlı gəncin Dənizkənarı Milli Parkda intihara cəhdinin qarşısı alınıb.

Səbail Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, noyabrın 11-də saat axşam saatlarında 1985-ci il təvəllüdlü Balakişiyev Ramiz Xanlar oğlu Dənizkənarı Milli Parka gələrək "Saat qülləsi"nin yaxınlığında özünü dənizə ataraq intihara cəhd edib.

29 yaşlı gənc intihara cəhd etməsinin səbəbini maddi çətinliyinin olması və artıq dolana bilməməsi ilə izah edib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumata görə, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər kişi intihar etmək məqsədilə özünü dənizə atıb. Dərhal hadisə yerinə cəlb edilmiş nazirliyinin dalğıc-xilasediciləri həmin şəxsi sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:17-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti