...

Gəncədə hərbi qulluqçu qəza törədib

Hadisə Materials 14 Noyabr 2014 09:27 (UTC +04:00)
Ötən gün gecə saat 23:00 radələrində Gəncə şəhəri Atatürk prospektində yol qəzası baş verib.
Gəncədə hərbi qulluqçu qəza törədib

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Ötən gün gecə saat 23:00 radələrində Gəncə şəhəri Atatürk prospektində yol qəzası baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Cavadov Nəsimi İsmayıl oğlunun idarə etdiyi "Mercedes" markalı 90-GD-900 dövlət nömrə nişanlı avtomobil prospektlə hərəkətdə olarkən Muxtar Hacıyev küçəsi ilə kəsişmədə səkiyə və ağaca çırpılıb.

Avtomobil daha sonra yolun kənarında saxlanılan RAF markalı 20-AC-259 dövlət nömrə nişanlı mikroavtobusa dəyib.

Hadisə nəticəsində hər iki avtomobil zərər görüb, "Mercedes" markalı avtomobil, demək olar ki, tam yararsız hala düşüb.

Qəza zamanı "Mercedes"in sürücüsü kəllə-beyin travması alıb. Yaralı Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olduğundan hospitala yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti