...

Azərbaycan gömrükçüləri 76 kq heroin aşkar ediblər

Hadisə Materials 14 Noyabr 2014 12:51 (UTC +04:00)
Azərbaycan gömrükçüləri tərəfindən saxlanılan narkotik vasitələrin çox hissəsini, yəni 76 kq-a qədərini güclü təsiredici xassəyə malik heroin təşkil edib.
Azərbaycan gömrükçüləri 76 kq heroin aşkar ediblər

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan gömrükçüləri tərəfindən saxlanılan narkotik vasitələrin çox hissəsini, yəni 76 kq-a qədərini güclü təsiredici xassəyə malik heroin təşkil edib.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, gömrük orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində 2014-cü ilin ilin müvafiq dövrü ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 135 fakt aşkar olunub. Bu faktlar üzrə 160 kq-dan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

2014-cü ilin müvafiq dövrü ərzində gömrük keçid məntəqələrində xidmət göstərən instruktor-kinoloqlar tərəfindən onlara təhkim olunmuş xidməti axtarış itlərinin tətbiqi nəticəsində isə 19 fakt üzrə - 5 kq 916 qram tiryək, 65 qram heroin, 1 kq-dan çox qurudulmuş marixuana, 17 qram həşiş, 87 milli qram metadon məhlulu aşkar olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti