Azərbaycan, Bakı, 18 noyabr /Trend/
Yunanıstanda paytaxt vilayətinin mərkəzi Attikada hiss olunan 5,3 bal gücündə zəlzələ baş verib. Trend Tass agentliyinə istinadən bu barədə xəbər verir.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Afina geodinamik institutunun məlumatına görə, zəlzələnin episentri Afinadan 28 km və Xalkida şəhərindən 78 km şimalda, Evbeya adasında olub. İlk təkandan sonra az qüvvə malik daha iki təkan baş verdi.