Azərbaycan, Bakı, 25 noyabr /Trend/
Bakıda vətəndaş mənzilində halsız vəziyyətdə aşkar olunub.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər qalıb.
Xilasedicilər mənzilə eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən yıxılmış vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilib.