Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir İlkin İzzət/
Ağsuda 12 ev quşu oğurlamış Kürdəmir rayon sakini tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 21-də Müşfiq Abdullayevin həyətindən 12 ev quşunu oğurlamış şəxs tutulub.
Məlum olub ki, bu, Kürdəmir rayon sakini Ramal Şirinovdur.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.