Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir İlkin İzzət/
Məişət tullantıları üçün ayrılmış ərazidə yeni doğulmuş qız uşağı tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 25-də Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşları tərəfindən Moskva prospekti ev 86-nın qarşısındakı məişət tullantıları üçün ayrılmış ərazidə yeni doğulmuş qız uşağı tapılıb. Uşaq 1 saylı körpələr evinə təhvil verilib.
Faktla əlaqədar araşdırmalar aparılır.