...

İçib sərxoş oldu, komaya düşdü, öldü

Hadisə Materials 13 Dekabr 2014 13:12 (UTC +04:00)
Koma halında xəstəxanaya gətirilmiş Sumqayıt şəhər sakini ölüb.
İçib sərxoş oldu, komaya düşdü, öldü

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İlkin İzzət/

Koma halında xəstəxanaya gətirilmiş Sumqayıt şəhər sakini ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 12-də Sumqayıt şəhərinin Kotec qəsəbəsində yaşayan Ələkbər Qəmbərov evindən koma halında xəstəxanaya gətirilib və həmin gün orada ölüb.

Ə.Qəmbərovun komaya alkoqol sərxoşluğu nəticəsində düşdüyü bildirilir.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti