...

Bakıda liftdə 1 nəfər köməksiz vəziyyətdə qalıb

Hadisə Materials 27 Dekabr 2014 08:37 (UTC +04:00)
Xilasedicilər liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar
Bakıda liftdə 1 nəfər köməksiz vəziyyətdə qalıb

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Trend-ə nazirlikdən verilən məlumata görə, dərhal hadisə yerinə müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Xilasedicilər liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.

Əməliyyat saat 03:54-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti