...

Naxçıvan sakini polis idarəsinə silah-sursat gətirdi

Hadisə Materials 17 Yanvar 2015 13:59 (UTC +04:00)
Naxçıvan sakini tapdığı silah-sursatı polisə təhvil verib.
Naxçıvan sakini polis idarəsinə silah-sursat gətirdi

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İlkin İzzət/

Naxçıvan sakini tapdığı silah-sursatı polisə təhvil verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Naxçıvanın Əliabad qəsəbə sakini Xuda İsmayılov tapdığı 1 ədəd "ORTSAN" markalı ov tüfəngini, 1 ədəd "Magnum" markalı qaz tapançasını, 1 ədəd "F-1" qumbarasını, 2244 ədəd müxtəlif çaplı patronları və 4 ədəd patron darağını könüllü olaraq Naxçıvan Şəhər Polis İdarəsinə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti