...

Bakı-Şamaxı yolunda yük avtomobili aşıb, ölən var

Hadisə Materials 24 Yanvar 2015 09:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Bakı-Şamaxı yolunda "FORD" markalı yük avtomobili aşıb, sürücü dünyasını dəyişib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verır ki, Bakı-Şamaxı yolunun 133-cü kilometrliyində- Şamaxı rayonu ərazisində 1930-cu il təvəllüdlü Bayramov Kamil Musa oğluna məxsus "FORD" markalı yük avtomobili yol kənarına aşıb.

Yanğınsöndürən-xilasedicilər avtomobilin altında sıxılmış vəziyyətdə qalmış K.Bayramovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti