...

40 yaşlı kişi “çıxış yolu”nu intiharda tapdı

Hadisə Materials 28 Yanvar 2015 10:07 (UTC +04:00)
Bakıda 40 yaşlı kişi özünü asaraq intihar edib.
40 yaşlı kişi “çıxış yolu”nu intiharda tapdı

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda 40 yaşlı kişi özünü asaraq intihar edib.

Nizami rayon Polis İdarəsindən Trend-ə bildiriblər ki, yanvarın 28-də gecə saat 2 radələrində rayonun Şərq küçəsində kirayədə yaşayan 1975-ci il təvəllüdlü Rəhmanov Taleh Teyyub oğlu özünü yaşadığı evin birinci mərtəbəsində turnikdən iplə asaraq intihar edib.

Hələlik intiharın səbəbləri dədiqləşdirilməyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti