...

Bakıda istifadəyə yararlı əl qumbarası tapılıb

Hadisə Materials 30 Yanvar 2015 17:53 (UTC +04:00)
Bakıda əl qumbarası tapılıb.
Bakıda istifadəyə yararlı əl qumbarası tapılıb

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda əl qumbarası tapılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xəzər rayonunda döyüş sursatı aşkarlanıb. Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanmış sursata baxış keçiriblər.

İstifadəyə yararlı olan 1-ədəd F-1 markalı əl qumbarası aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti