...

Bakıda kişi 28 yaşlı keçmiş həyat yoldaşını öldürdü

Hadisə Materials 4 Fevral 2015 10:58 (UTC +04:00)
Bakıda 33 yaşlı kişi 28 yaşlı keçmiş həyat yoldaşını qətlə yetirib.
Bakıda kişi 28 yaşlı keçmiş həyat yoldaşını öldürdü

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda 33 yaşlı kişi 28 yaşlı keçmiş həyat yoldaşını qətlə yetirib.

Nərimanov rayon Polis İdarəsindən Trend-ə bildiriblər ki, fevralın 3-də rayonun Yusif Vəzir Çəmənzəmənli küçəsi 106, mənzil 44 ünvanında Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Qurban Əflatun oğlu Kazımov aralarında yaranan münaqişə zəminində keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Nübar Cümə qızı Muradovanı qətlə yetirib.

Hadisədən sonra Q. Kazımov damarını kəsərək intihara cəhd etsə də, buna müyəssər olmayıb. Belə ki, yaralı Q.Kazımov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti