...

Balakəndə məhkəmədə törədilmiş qətlin təfərrüatları açıqlanıb

Hadisə Materials 5 Fevral 2015 12:33 (UTC +04:00)
Balakəndə məhkəmə baxışı zamanı törədilmiş qətlin təfərrüatları açıqlanıb.
Balakəndə məhkəmədə törədilmiş qətlin təfərrüatları açıqlanıb

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İlkin İzzət/

Balakəndə məhkəmə baxışı zamanı törədilmiş qətlin təfərrüatları açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 4-də Balakən rayon məhkəməsində rayonun Qullar kənd sakini Xanpəriyev Məhəmməd İlham oğlunun Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxslərdən biri Xipiyev Elşən Etibar oğlu üstündə gəzdirdiyi bıçaqla M.Xanpəriyevi qəsdən öldürmək məqsədi ilə ona çoxsaylı xəsarətlər yetirib. M.Xanpəriyev Balakən rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada aldığı xəsarətlərdən ölüb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

E.Xipiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti