...

Teplovozdan yanacaq oğurladılar

Hadisə Materials 16 Fevral 2015 16:04 (UTC +04:00)
Teplovozdan 100 litr yanacaq oğurlamış Salyan rayon sakinləri saxlanılıblar.
Teplovozdan yanacaq oğurladılar

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir İlkin İzzət/

Teplovozdan 100 litr yanacaq oğurlamış Salyan rayon sakinləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 14-də Salyan rayonunda lokomotiv deposunun ərazisində teplovozdan 100 litr yanacaq oğurlanıb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğruluğu törətmiş Salyan rayon sakinləri Nuralı Ağayev və Namid Baxışov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti