...

Gəncədə 22 yaşlı gənc bıçaqlanıb

Hadisə Materials 17 Fevral 2015 05:58 (UTC +04:00)
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən cinayət işi açılıb
Gəncədə 22 yaşlı gənc bıçaqlanıb

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Gəncədə 22 yaşlı gənc bıçaqlanıb.

Trend Kəpəz TV-yə istinadan məlumat verir ki, cinayət hadisəsi gecə saat 4 radələrində Gəncənin Fərhad Əliyev küçəsində baş verib.

Şəhər sakini 22 yaşlı Mehrab Hüseynzadə yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı dərhal hadisə yerinə çağrılan təcili yardım maşını ilə Gəncə şəhər TTYX-nın travmatalogiya şöbəsinə çatdırılıb.

Həkimlər yaralını təcili olaraq əməliyyat ediblər.

Mehrab Hüseynzadənin vəziyyətini həkimlər orta ağır kimi qiymətləndirir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən cinayət işi açılıb.

Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi aparılan araşdırmalardan sonra məlum olacaq.

Xəbər lenti

Xəbər lenti