...

Bakıda bir kişini qətlə yetirən, bacısını da yaralayan şəxs tutulub

Hadisə Materials 18 Fevral 2015 14:10 (UTC +04:00)
Bakıda bir nəfəri qətlə, onun bacısına isə bədən xəsarətləri yetirən şəxs tutulub.
Bakıda bir kişini qətlə yetirən, bacısını da yaralayan şəxs tutulub

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda bir nəfəri qətlə, onun bacısına isə bədən xəsarətləri yetirən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 16-da saat 19:10 radələrində Bibiheybət qəsəbəsində 1991-ci il təvəllüdlü Elvin Hüseynli bıçaqla qətlə, onun bacısı 1982-ci il təvəllüdlü Türkan Hüseynliyə isə ağır bədən xəsarətləri yetirilib.

DİN Təhlükəsiz Şəhər Xidməti, Səbail rayon Polis İdarəsi (RPİ) 8-ci Polis bölməsi (PB), Sabunçu RPİ 13-cü PB, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni sərxoşluq zəminində törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Rasim Təmraz oğlu Mustafayev idarə etdiyi "Mercedes" markalı avtomobillə müəyyən olunaraq tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti