...

Abramov Azərbaycanda qəza törətdi, 3 nəfər yaralandı

Hadisə Materials 20 Fevral 2015 13:47 (UTC +04:00)
İsmayıllıda Azərbaycan və Rusiya vətəndaşlarının avtomobillərinin toqquşması nəticəsində 3 nəfər yaralanıb.
Abramov Azərbaycanda qəza törətdi, 3 nəfər yaralandı

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlkin İzzət/

İsmayıllıda Azərbaycan və Rusiya vətəndaşlarının avtomobillərinin toqquşması nəticəsində 3 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 19-da saat 06 radələrində İsmayıllı rayonu ərazisində Sumqayıt şəhər sakini Elnur Qəhrəmanovun idarə etdiyi "Hyundai" və Rusiya Federasiyası vətəndaşı Rafik Abramovun idarə etdiyi "Ksoy" markalı avtomobillər toqquşub.

R.Abramov və 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti