...

Bakıda emalatxana yandı: bir nəfər öldü, bir nəfər yaralandı

Hadisə Materials 20 Fevral 2015 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlkin İzzət/

Paytaxtın Nizami rayonunda emalatxanada yanğın baş verib, bir nəfər ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 19-da saat 12 radələrində paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində qəsəbə sakini Telman Cəlilova məxsus emalatxanada yanğın baş verib.

Nəticədə 30 kv.m sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, orada işləyənlər - Sumqayıt şəhər sakinləri Qabil Sahilov və Elşən Sahilov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, E.Sahilov orada ölüb.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti