...

Nəqliyyat Nazirliyinin düşərgəsində yanğın oldu

Hadisə Materials 24 Fevral 2015 09:22 (UTC +04:00)
Gəncə şəhəri, Kəpəz rayonunda Nəqliyyat Nazirliyinə məxsus “Sevinc” yay istirahət düşərgəsinin ərazisində yanğın hadisəsi baş verib.
Nəqliyyat Nazirliyinin düşərgəsində yanğın oldu

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Gəncə şəhəri, Kəpəz rayonunda Nəqliyyat Nazirliyinə məxsus "Sevinc" yay istirahət düşərgəsinin ərazisində yanğın hadisəsi baş verib.

Trend xəbər verir ki, Kəpəz televiziyasına (Region TV) verilən məlumata görə, ümumi sahəsi 70 kvadratmetr olan 3 otaqlı fin tipli evin zirzəmisinin döşəməsi 28 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Qeyd edək ki, yay istirahət düşərgəsi hal-hazırda fəaliyyət göstərmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti