...

Naxçıvanda yenə silah tapılıb

Hadisə Materials 26 Fevral 2015 13:06 (UTC +04:00)
Naxçıvan MR-nın Babək rayon sakini tapdığı ov tüfənglərini təhvil verib.
Naxçıvanda yenə silah tapılıb

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İlkin İzzət/

Naxçıvan MR-nın Babək rayon sakini tapdığı ov tüfənglərini təhvil verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Babək rayon sakini Elvin Quliyev tapdığı 1 ədəd "Teksan TS 870" markalı, 1 ədəd "Ortsan" markalı və 1 ədəd "İJ" markalı ov tüfənglərini könüllü olaraq Naxçıvan Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti