Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İlkin İzzət/
Yevlax rayon sakini su kanalına düşərək boğulub ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 2-də Yevlax rayonunun Rüstəmli kəndində kənd sakini Eldar Əhmədov su kanalına düşüb. Nəticədə E.Əhmədov boğularaq ölüb. Onun meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.