...

Siyəzəndə iki "KAMAZ" toqquşdu, ölən var

Hadisə Materials 15 Mart 2015 09:27 (UTC +04:00)
Siyəzəndə iki "KAMAZ" toqquşdu.
Siyəzəndə iki "KAMAZ" toqquşdu, ölən var

Azərbaycan, Bakı, 15 mart /Trend/

Siyəzəndə iki "KAMAZ" toqquşdu.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Siyəzən rayonunda iki "KAMAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat qəza hadisəsi baş vermişdir.

Nəticədə yük avtomobilinin birinin sürücüsü 1991-ci il təvəllüdlü Zulfüqarov Etibar Tofiq oğlu müxtəlif bədən xəsarətləri ilə hadisə yerində vəfat etmişdir.

Meyit yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı qurumlara təhvil verilmişdir .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti