Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İlkin İzzət/
Bakı şəhər sakini Ucarda elektrik cərəyanı vurması nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 30-da Ucar rayonunun Qazıqumlaq kəndində yerləşən quşçuluq fermasında işləyən Bakı şəhər sakini Ülvi Niftiyev elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.