Azərbaycan, Bakı, 7 aprel /Trend/
Xızıda inzibati binada yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Xızı rayonunda ümumi sahəsi 450 kv.m olan ikimərtəbəli 25 otaqlı inzibati binanın 2-ci mərtəbəsinin dəhlizində elektrik şiti və yerə döşənmiş kovrolit 1 kv.m sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.