...

Bakıda kirayə yaşayan Masallı sakininin evindən oğurluq edilib

Hadisə Materials 11 Aprel 2015 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Bakıda kirayə yaşayan Masallı sakininin evindən oğurluq edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, aprelin 7-i saat 7 radələrində, H.Aslanov küçəsində yerləşən evdə kirayədə yaşayan Masallı rayon sakini Bəxtiyar Nuruyevin mənzilindən oğurluq edilib. Onun evindən açıq qapıdan keçməklə 3700 manat, 3 ədəd mobil telefon və geyim əşyaları oğurlanıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Nizami oğlu Qurbanov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti