Azərbaycan, Bakı, 13 aprel /Trend/
Kürdəmir şəhərində "VAZ" markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü hadisə yerində vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 08:24-də başa çatıb.