...

Dəmiryolunda hərəkət dayanıb - yük maşını teplovozla toqquşub

Hadisə Materials 13 Aprel 2015 12:18 (UTC +04:00)
Bakının Qaradağ rayonunda yük avtomobili teplovozla toqquşub.
Dəmiryolunda hərəkət dayanıb - yük maşını teplovozla toqquşub

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir İlkin İzzət/

Bakının Qaradağ rayonunda yük avtomobili teplovozla toqquşub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 11-də saat 10 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisindəki qorunmayan keçiddə Gürcüstan vətəndaşı Sərxan Alməmmədov idarə etdiyi "Shacman" markalı avtomobilini teplovoza vurub.

Nəticədə xəsarət alan olmayıb, dəmir yolunda hərəkət 30 dəqiqə dayanıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti