Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İlkin İzzət/
Bakı sakininə qarşı quldurluq edərək onu soyan 3 nəfər tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, aprelin 18-nə keçən gecə Təbriz küçəsində yerləşən Qarabağ mehmanxanasının həyətində Bakı şəhər sakini Taryel Axundovu bıçaqla hədələyərək 6 manat pulunu, brilyant qaşlı qızıl üzüyünü, gümüşdən olan üzüyü, boyunbağını, bilərziyini və qol saatını alaraq ona qarşı quldurluq ediblər.
Nərimanov rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi, Təhlükəsiz Şəhər Xidməti və 18-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurğu etməkdə şübhəli bilinənlər, Salyan rayon sakinləri - 1997-ci il təvəllüdlü Xanbala Vüqar oğlu Qurbanov, 1996-cı il təvəllüdlülər Xəyal Vüqar oğlu Səmədov və Yusif Aslan oğlu Əliyev tutulub.