...

Goranboy rayonunda qəzada 4 nəfər yaralanıb

Hadisə Materials 2 May 2015 22:44 (UTC +04:00)
İKİ Vaz-011 markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Goranboy rayonunda qəzada 4 nəfər yaralanıb

Azərbaycan, Bakı, 2 may /Trend/

İKİ Vaz-011 markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Hadisə bu gün axşam saat 19 radələrində Bakı-Qazax yolunun Goranboy rayonunun Dəliməmmədli qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Bu barədə Trend Kəpəz TV-ə (Region TV) istinadən xəbər verir.

Yaralılar dərhal Gəncə şəhər TTYX- nın travmatalogiya şöbəsinə çatdırılıblar. Yaralılardan ikisinin Gəncə şəhər sakinləri 43 yaşlı Canpolad Qafarov və 51 yaşlı Fərhad Əsgərovun xəsarətləri ağır olub. Qəza nəticəsində hər iki yaralının ayağı sınıb. Həkimlər yaralılara aidiyyatı üzrə kömək göstəriblər. Qəzanın hansı səbəbdən baş verdiyi araşdırmalardan sonra məlum olacaq.

Xəbər lenti

Xəbər lenti