...

Salyanda "KamAZ"la "Mercedes" toqquşdu: 3 ölü

Hadisə Materials 1 İyun 2015 20:53 (UTC +04:00)
Salyanda ağır yol qəzası olub.
Salyanda "KamAZ"la "Mercedes" toqquşdu: 3 ölü

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Salyanda ağır yol qəzası olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Ələt-Astara yolunun 35-ci kilometrliyində Salyan rayonu ərazisində "KamAZ" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş nazirliyin xilasetmə qüvvələri "Mercedes" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış 1961-ci il təvəllüdlü Əliyev Sakit Davud oğlunun, 1994-cü il təvəllüdlü Sadıqova Xədicə Vüqar qızının və 1995-ci il təvəllüdlü Sadıqova Səbinə Vüqar qızının cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti