...

FHN Bakıdakı ağır yol qəzası ilə bağlı məlumat yaydı: 1 ölü, 2 yaralı

Hadisə Materials 7 İyun 2015 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Bakıda ağır yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda "Shacman" markalı yük avtomobili ilə "Daewoo" markalı avtobus toqquşub. Nəticədə avtomobillər deformasiyaya uğrayıb, hər iki avtomobilin sürücüsü xəsarət alıb, "Daewoo" markalı avtobusda olan 1 nəfər sərnişin isə aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.

Xilasedicilər yaralıları və cəsədləri avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti