...

Xırdalanda yanğın olub, xəsarət alan var

Hadisə Materials 12 İyun 2015 13:23 (UTC +04:00)
Xırdalan şəhərindəki ticarət obuektində yanğın baş verib, xəsarət alan var.
Xırdalanda yanğın olub, xəsarət alan var

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İlkin İzzət/

Xırdalan şəhərindəki ticarət obyektində yanğın baş verib, xəsarət alan var.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində vətandaşlara məxsus bir dam alında tikilmiş birmərtəbəli, mansard tipli, ümumi sahəsi 100 kv.m olan ticarət obyektində, sahəsi 70 kv.m olan kafenin mətbəxinin yanar konstruksiyaları 25 kv.m sahədə, ümumi sahəsi 30 kv.m olan plastik qapı-pəncərə sexinin yanar konstruksiyaları, sahibi məlum olmayan ümumi sahəsi 30 kv.m olan ev alqı-satqısı ofisinin tavanı 6 kv.m sahədə və ümumi binanın mansardı 100 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ticarət obyektinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:56-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti