...

İsrail idarəetməni itirdi

Hadisə Materials 6 İyul 2015 20:06
Bakı-Quba yolunda qəza baş verib.
İsrail idarəetməni itirdi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Bakı-Quba yolunda qəza baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Sumqayıt şəhəri, Bakı-Quba yolunun 16-cı kilometrində "Mercedes" markalı, universal tipli avtomobil idarəetməni itirərək yol kənarındakı çəpərlənmələrə çırpılıb.

Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü 1987-ci il təvəllüdlü Xuduyev İsrail Mais oğlu köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər vətəndaşı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti