Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İlkin İzzət/
Qaxda soyğunçuluq edən iki nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Qax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də Orxan İsayevin 103 manatını soyğunçuluq yolu ilə almış Qax şəhər sakinləri Natiq Məmmədov və Əsədullah İbrahimov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.