Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İlkin İzzət/
Masallı rayonunda qətl törətmiş şəxslərdən biri tutulub.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən aparılmış tədbirlər nəticəsində iyulun 9-da Masallı rayonunda Həmid Məmmədovu bıçaqla qətlə yetirmiş Xıl kənd sakini əvvəllər məhkum olunmuş Rövşən Zamanov tutulub.
Qətlin digər iştirakçıları - Röyal Quliyev, Cavid Kazımov və Mehdi Bağışov müəyyən ediliblər. Onların tapılıb tutulmaları ilə bağlı tədbirlər davam etdirilir.