...

Ağcabədinin Haramı düzündə böyük ərazidə yanğın olub

Hadisə Materials 23 İyul 2015 09:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Ağcabədinin Haramı düzündə böyük ərazidə yanğın hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağcabədi rayonu, Haramı düzündə (rayon mərkəzindən 58 km aralı) ərazidə 250 ha biçilmiş taxıl sahəsi və kol-kos yanıb.

Yaxınlıqdakı fermalar yanğından mühafizə olunub.

Yanğın saat 03:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti