...

Cəlilabadda meşədə baş vermiş yanğın söndürüldü

Hadisə Materials 31 İyul 2015 15:10
Ötən gün Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikasının səyi nəticəsində bu gün saat 14 radələrində söndürülüb.
Cəlilabadda meşədə baş vermiş yanğın söndürüldü

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Ötən gün Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikasının səyi nəticəsində bu gün saat 14 radələrində söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, yanğın nəticəsində 1,5 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.

Hazırda yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

Xatırladaq ki, ilkin ehtimala görə yanğının baş verməsinə səbəb avtomobildən atılan siqaret kötüyü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti