...

Bakıda məişət tullantıları yanıb

Hadisə Materials 3 Avqust 2015 16:37 (UTC +04:00)
Yanğın ərazidə çalışan fəhlələrin ocaq qalaması səbəbindən baş verib.
Bakıda məişət tullantıları yanıb

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Bakıda məişət tullantıları olan ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanğın Dərnəgül qəsəbəsində "Elit" ticarət mərkəzinə yaxın ərazidə baş verib.

Tullantılar içərisində avtomobil təkərləri olduğundan ətrafa qara tüstü yayılıb.

Yanğın ərazidə çalışan fəhlələrin ocaq qalaması səbəbindən baş verib. Yanğının miqyası kiçik olduğundan ətrafdakılar tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti