...

Meksikada yüngül təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub

Hadisə Materials 17 Avqust 2015 01:13 (UTC +04:00)
Meksikanın Miçoakan ştatında yüngül “Cessna 182” təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub, bir nəfər yaralanıb
Meksikada yüngül təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Meksikanın Miçoakan ştatında yüngül "Cessna 182" təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub, bir nəfər yaralanıb.

Trend Agentliyinə istinadla xəbər verir ki, Uruapan şəhərinin rayonlarından birində baş vermiş qəza nəticəsində təyyarənin pilotu hadisə yerində həlak olub. Onun həyat yoldaşı isə bir neçə saat sonra xəstəxanada dünyasını dəyişib. Pilotun təyyarədə olan 26 yaşlı qızı hadisə nəticəsində sağ qalıb, vəziyyəti sabitdir.

Təyyarə Uruapan aeroportunun yaxınlığındakı meşəyə düşüb. Qəzanın baş verməsinə səbəb texniki nasazlıq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti