Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir İlkin İzzət/
Siyəzən şəhər sakini ehtiyatsızlığından su kanalına düşərək boğulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 19-da Siyəzən şəhərində şəhər sakini Rəhman Kamilov ehtiyatsızlığından "Taxta Körpü" su kanalına düşərək boğulub.
Onun meyitinin tapılması istiqamətində tədbirlər görülür.