Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İlkin İzzət/
Rusiyada axtarışda olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyada axtarışda olan Nofal Qafarov tutulub.
Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarış élan edilib.