...

Bərdədə bir nəfər kanalda batıb

Hadisə Materials 1 Sentyabr 2015 11:58 (UTC +04:00)
Bərdədə bir nəfər su kanalında batıb.
Bərdədə bir nəfər kanalda batıb

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bərdədə bir nəfər su kanalında batıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində 1 nəfər batıb.

Hadisə yerinə Nazirliyin xilasediciləri cəlb edilib və axtarışlara başlanılıb. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti