...

Bakıda bədbəxt hadisə baş verib

Hadisə Materials 29 Sentyabr 2015 23:57 (UTC +04:00)
Bakı sakini liftdə baş vermiş bədbəxt hadisə nəticəsində ölüb.
Bakıda bədbəxt hadisə baş verib

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Bakı sakini liftdə baş vermiş bədbəxt hadisə nəticəsində ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər texniki nasazlıq səbəbindən liftin qapıları arasında sıxılmış vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər liftin qapısını açıb və 1964-cü il təvəllüdlü Həşimov Bəylər Yasin oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti