Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İlkin İzzət/
Yasamal rayon sakininin külli məbləğdə pulunu oğurlamış şəxsin digər cinayət əməli də üzə çıxıb.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Yasamal rayonu ərazisində yaşayan Sərfinaz İsmayılova 28-ci PB-yə müraciət edərək sentyabrın 29-da bacısı oğlu Məhəmmədəli Zərbəliyev tərəfindən 10200 manatının oğurlandığını bildirib.
PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhəmmədəli Zərbəliyev saxlanılıb və o, oğurluq etdiyini etiraf edib.
Bundan başqa, M.Zərbəliyev sentyabr 29-da quldurluq etdiyinə görə, tutulmuş Fikrət İsgəndərovu bıçaqla hədələyərək ondan 7500 manat aldığını da bildirib.