Azərbaycan, Bakı, 9 oktyabr /Trend/
Bakıda mənzillərin birinci sakinlər civə təhlükəsi ilə üzləşiblər.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Yasamal rayonunda mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb.
Maye halında olan kimyəvi element nazirliyin mütəxəssisləri tərəfindən yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.
Əməliyyat saat 22:10-da başa çatıb.