Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Elmir Murad/
Xızıda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Sitalçay kəndində Salyan rayon sakini Kamil Əliyev idarə etdiyi "VAZ-21043" markalı avtomobillə yolu keçən Quba rayon sakini Nəsrullah İbrahimovu vurub.
Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan N.İbrahimov xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.